Rusiyada qətl törədən azərbaycanlı həbs edilib.
Teleqraf.com xəbər verir ki, Müqabil Abbassoylu Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində (ASAN) orada xidmətdə olan polis əməkdaşları tərəfindən saxlanılıb və Nərimanov Rayon Polis İdarəsinə təhvil verilib.
O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olub.
Hacı Zeynalov