26 Oktyabr 2015 15:17
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Novxanı qəsəbəsində qeydə alınıb.

Goradil qəsəbə sakini Pərviz Həsənov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini Sabir Cəlilovu vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: