27 Oktyabr 2015 15:59
478

Bakının Qaradağ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Ümid qəsəbəsində qeydə alınıb.

Xırdalan şəhər sakini Saleh Tapdıqov idarə etdiyi “Shacman” markalı avtomobillə yolun kənarında dayanmış Zaqatala rayon sakini Nəsihət Məmmədovanı vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: