28 Oktyabr 2015 00:17
906
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Yaroslavl vilayətində 2-ci qrup əlil olan 38 yaşlı qadın məhkəmə qarşısına çıxarılıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, qadın rəfiqəsini və onun azyaşlı nəvəsini öldürməkdə ittiham olunur.

Məlumatlara görə, rəfiqəsigilə gələn qadın əvvəlcə azyaşlını boğub. Daha sonra rəfiqəsini öldürən cinayətkar evdə olan 80 min rubl (1300 AZN) pulu götürüb və evi tərk edib.

Dindirilmə zamanı 38 yaşlı qadın cinayəti etiraf edib. O bildirib ki, pulları banka olan kreditini ödəmək üçün oğurlayıb.

Samir


Müəllif:

Oxşar xəbərlər