28 Oktyabr 2015 13:57
963
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçayda saxta pul hazırlamaqda şübhəli bilinən daha bir nəfər həbs edilib.

Teleqraf.com xəbər verir ki, Göyçay Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən oktyabrın 26-da saxta pul hazırladığına Müşfiq Zalov tutulub.

Onun Sulutəpə qəsəbəsindəki yaşadığı evə baxış zamanı “HP” markalı surətçıxarma aparatı, üzərində 20 manatlıq saxta əsginasın ön tərəfinin görünüşü olan 3 ədəd kağız və digər ləvazimatlar aşkar edilərək götürülüb.

Qeyd edək ki, Göyçay rayonunun Hacalı kənd sakini Oqtay Osmanova məxsus mağazaya gəlmiş şəxsiyyəti məlum olmayan 3 nəfər ona saxta 20 manatlıq əsginas verərək ərzaq məhsulları alıb.

Teleqraf.com xəbər verir ki, Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakini Abdulla Abdullazadə, Şükür Gözəlov və Bakı şəhər sakini Müşfiq Zalov tutulublar.

A.Abdullazadənin Hacalı kəndində yaşayan əmisi Zahir Abdullayevin həyətyanı sahəsinə baxış zamanı 16 ədəd saxta 20 manatlıq əsginas aşkar edilərək götürülüb.

Hacı Zeynalov


Müəllif: