22 Noyabr 2015 00:59
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkirdə bıçaqlanma olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə rayonun Mahmudlu kəndində qeydə alınıb.

Kənd sakini, 1997-ci il təvəllüdlü Ruslan İsmayılov döş nahiyəsindən bıçaqlanaraq Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən yaralının vəziyyəti ağır qiymətləndirilir.

Şəmkir rayon Polis Şöbəsindən bildirilib ki, R. İsmayılovu bıçaqlayan şəxsin kimliyi məlumdur və o saxlanılıb. Faktla bağlı araşdırma aparılır.


Müəllif: