23 Noyabr 2015 15:31
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvanın Babək rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Araz kəndində qeydə alınıb.

Rayon sakini Vüsal Məmmədli idarə etdiyi “NAZ Lifan” markalı avtomobili aşırıb.

Nəticədə onun sərnişini Cəfər Novruzov xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Babək Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: