İŞİD terrorçuları Rusiyaya casusluq etdiyi iddiası ilə gənc oğlanın başını kəsib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Maqomed Kasayev adlı şəxsin Çeçenistan vətəndaşı olduğu açıqlanıb. Edam Suriyanın Raqqa şəhərində həyata keçirilib.
Görüntülərdə terrorçunun da rus dilində danışması diqqəti cəlb edib. O, Rusiya prezidenti Vladimir Putini ölümlə təhdid edib.
Samir