Bakının Xətai rayonunda zorlama hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Sovxoz küçəsində yerləşən evlərdən birində qeydə alınıb.
Balakən rayon sakini, 1980-ci il təvəllüdlü L. M. kirayə yaşadığı evdə təcavüzə məruz qalıb. Xətai Rayon Polis İdarəsinin 37-ci polis bölməsinə ərizə ilə müraciət edən qadın bildirib ki, onu Ceyhun adlı tanışı zorlayıb.
Fakt üzrə toplanmış materiallar araşdırılması üçün Xətai Rayon Prokurorluğuna göndərilib.
Hacı Zeynalov