Abşeron rayonunda faciəli hadisə baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Güzdək qəsəbəsində yerləşən daş karxanalarından birində qeydə alınıb.
Orada fəhlə işləyən Bakı şəhər sakini Əyətulla Nəsirov ehtiyatsızlıqdan daş kəsən kombaynın altına yıxılıb və aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırmalar aparılır.
Hacı Zeynalov