Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirli bilinən Araz Eyvazovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Araz Eyvazov 11 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Şərurun keçmiş icra başçısı Rəfael Rəsulovun oğlu Orxan Rəsulov, Polis Akademiyasının keçmiş rəisi, general-mayor Ramiz Nağıyevin oğlu Tağı Nağıyevin, “Şərur” Tikinti şirkətinin rəhbəri İsfəndiyar Axundovun qardaşı oğlu Eldəniz Axundov tanınıblar. Ümumikdə Araz Eyvazovun 3 milyon 600 min manat pulu mənimsədiyi bildirilir.
Hacı Zeynalov