Bakıda fəaliyyət göstərən Azərbaycan Bəhailəri dini mərkəzindən xeyli miqdarda pul oğurlanıb.
Teleqraf.com xəbər verir ki, hadisə Binəqədi rayonu, R.Behbudov küçəsi, 5 ünvanında yerləşən mərkəzin ofisində baş verib.
Azərbaycan Bəhailəri dini mərkəzinin xəzinədarının iş otağında olan seyfdən 20 min manat və 30 min ABŞ dolları oğurlanıb. Cinayəti törədən naməlum şəxs və ya şəxslərin müəyyən edilərək tutulması üçün Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.
Hacı Zeynalov