Balakəndə ər-arvad dəm qazından zəhərlənib.
Balakən Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, dekabrın 14-ü axşam saat 21 radələrində rayonun Mahmalar kənd sakinləri, 1966-cı il təvəllüdlü Vahid Əsildar oğlu Taşov və onun həyat yoldaşı 1972-ci il təvəllüdlü Maya Qədisəddin qızı Taşova zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olublar.
Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, ər-arvad yaşadıqları evin həyətyanı sahəsində tikilmiş hamamda dəm qazından zəhərləniblər. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən ər-arvadın vəziyyətinin orta-stabil olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.