Bakının Yasamal rayonunda soyğunçuluq edən iki nəfər həbs edilib.
Teleqraf.com xəbər verir ki, dekabrın 16-da naməlum şəxs Hümbət Nəcəfovun mobil telefonunu soyğunçuluq yolu ilə alıb.
Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakini Zamiq Verginov və Ağsu rayon sakini Şüküran Quliyev tutulublar.
Saxlanılan hər iki şəxsin əvvəllər məhkum olmaları bildirilir.
Hacı Zeynalov