Bakının Nəsimi rayonunda silsilə soyğunçuluq hadisəsi törədən şəxslər həbs edilib.
Teleqraf.com xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lerik rayon sakini Elxan Əliyev və Biləsuvar rayon sakini Baba Hüseynli tutulublar.
Paytaxtda ayrı-ayrı ünvanlarda fəhləliklə məşğul olan bu gəncləri bir araya gətirən törətdikləri cinayət olub. Dost olan bu şəxslər paytaxtda noyabrın 2-də iki qadını soyublar. Onlar həmin gün Bakı şəhər sakinləri - Elza Bəkirovanın və Səbinə Cəfərlinin pullarını alıblar.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov