20 Dekabr 2015 12:27
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 18-i axşam saatlarında Samux rayonunda törədilən qətlin üstü açılıb. Rayonun polis və prokurorluq əməkdaşlarının birgə keçiridikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin 3 nəfərdən ibarət dəstə tərəfindən törədildiyi müəyyən edilib.

Samux Rayon Polis Şöbəsindən verilən məlumata görə, cinayəti rayon sakinləri 28 yaşlı Pərviz Həsənov, 27 yaşlı Rəşad Nəsibov və 25 yaşlı Azad Günəşli qabaqcadan əlbir olaraq törədiblər. Polis hər üç şəxsi saxlayıb.

Saxlanılan şəxslər ilkin ifadələri zamanı cinayəti tamah məqsədi ilə törədiklərini, evdən xeyli miqdarda qızıl-zinət əşyaları götürdüklərini etiraf ediblər. Qiymətli əşyalar maddi-sübut kimi götürülərək istintaqa təhvil verilib.

Xatırladaq ki, Samux sakini 62 yaşlı Lütviyyə İsmayılovanın yaşadığı mənzildə meyiti tapılıb. Qarətçilər qadını əvvəlcə bıçaqla qətlə yetirib, sonra isə evə od vuraraq hadisə yerini tərk ediblər.

Faktla bağlı Samux Rayon Prokurorluğunda cinayət işi başlanılıb.


Müəllif:

Oxşar xəbərlər