22 Dekabr 2015 11:43
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda oğurluq edilib.

Teleqraf.com xəbər verir ki, hadisə Qobustan qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakinləri Svetlana Məmmədovaya və Çingiz Məhərrəmova məxsus bağ evlərindən pəncərədən girmək yolu ilə məişət əşyaları oğurlanıb.

Qaradağ Rayon Polis İdarəsinin 11-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakinləri Amil Nəcəfli, Nahid Həmidov və Rüfət Əliyev tutulublar.

Hacı Zeynalov


Müəllif: