Bakının Suraxanı rayonunda dəm qazından zəhərlənmə olub.
Teleqraf.com xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.
Nuranə Məmmədova yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.
Bundan başqa, Lənkəran rayonunun Şağlaküçə kəndində yaşayan Təliyə Tağıyeva evlərində dəm qazından zəhərlənərək ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov