29 Dekabr 2015 10:58
516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda dələduzluq ittihamı ilə axtarışda olan şəxs məsuliyyətə cəlb edilib.

Teleqraf.com xəbər verir ki, keçirilən əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1975-ci il təvəllüdlü Abdulrəhmanov Fərhad Nəsib oğlu yaşadığı Quba rayonun Atuc kəndində yaxalanıb. O, Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinə təhvil verilib.

Qeyd edək ki, Fərhad Abdulrəhmanov bundan əvvəl Cinayət Məcəlləsinin 186-cı (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham edilib. O, 2012-ci ilin martın 1-də Quba rayonunda baş verən hadisələr zamanı təqsirli bilinərək həbs edilmişdi.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər