Bakının Xəzər rayonunda soyğunçuluq edən dəstə zərərsizləşdirilib.
Teleqraf.com xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakinləri Qəhrəman Məmmədov və Kamil Quliyev tutulublar.
Dəstə üzvləri bu ilin martın 27-də Elnarə Hüseynovanın pulunu, mobil telefonunu və sənədini soyğunçuluq yolu ilə almaqda şübhhəli biliniblər.
Hacı Zeynalov