Saatlı rayonunda silahlı insident baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Azadakənd kəndində qeydə alınıb.
Kənd sakini Könül Rəhmanova evində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Saatlı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədi olmayan “TOZ-63” markalı tüfəng götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.
Hacı Zeynalov