22 Yanvar 2016 17:33
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada gedən döyüşlərdə iştirak edən Mirrəhim Abdullayev və Elşən İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Milli Təhlükəsizlik Nazirliyinin antiterror tədbirləri nəticəsində, Azərbaycan vətəndaşları – Mirrəhim Abdullayev və Elşən İsmayılov şübhəli şəxs qismində tutulublar.

Müəyyən edilib ki, onlar 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İslam Dövləti (İŞİD)”, “Cəbhətül-Nusra” və “Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.

Prosesdə prokuror çıxış edərək, ittiham aktını elan edib.

Məhkəmə baxışı fevralın 4-də davam edəcək.

Hacı Zeynalov


Müəllif: