1 Fevral 2016 12:10
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beyləqan rayonunda intihar hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Kəbirli kəndində qeydə alınıb.

Kənd sakini, 1972-ci il təvəllüdlü Əlixan İsmayılov yaşadığı evin həyətində olan yarımçıq tikilidə asaraq ölüb. Onun asılmış meyitini ailə üzvləri aşkar edib. Əlixan İsmayılovun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər