2 Fevral 2016 11:44
950
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda kütləvi dava olub.

Teleqraf.com xəbər verir ki, hadisə rayon ərazisində olan “Emin” kafesində baş verib.

Kafedə Dəyanət Muradov, İlham Məmmədov və Fariz Məlikov sərxoş vəziyyətdə dalaşıblar. Hadisə yerinə polis çağırılan polis əməkdaşları - polis kapitanı Ağaəli Ələkbərov, polis serjantları Elnur Şərifov və Bəxtiyar Abbasov ilə də mübahisə ediblər. Mübahisə zamanı sərxoş gənclər polis əməkdaşlarını bıçaqlayıblar.

Polisin keçirdiyi əməliyyat zamanı cinayəti törədən Dəyanət Muradov, İlham Məmmədov və Fariz Məlikov tutulublar.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər