3 Fevral 2016 15:43
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində mənimsəmədə təqsirli bilinən Araz Eyvazovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Araz Eyvazovun apelyasiya şikayəti üzrə ilkin baxış iclası olub.

Prosesdə Araz Eyvazovun apelyasiya şikayətinin dəlilləri müəyyən edilib. Məlum olub ki, Araz Eyvazov barəsində təyin edilmiş Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsini, ona bəraət verilməsini istəyib.

Məhkəmənin baxış iclası fevralın 16-na təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Araz Eyvazov 11 il müddətinə azadlıqdan məhrum edilib.
Keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Şərurun keçmiş icra başçısı Rəfael Rəsulovun oğlu Orxan Rəsulov, Polis Akademiyasının keçmiş rəisi, general-mayor Ramiz Nağıyevin oğlu Tağı Nağıyevin, “Şərur” Tikinti şirkətinin rəhbəri İsfəndiyar Axundovun qardaşı oğlu Eldəniz Axundov tanınıblar. Ümumikdə Araz Eyvazovun 3 milyon 600 min manat pulu mənimsədiyi bildirilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər