3 Fevral 2016 16:26
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən 1986-cı il təvəllüdlü Əfsun Rəcəbovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Əfsun Rəcəbov barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 3 sınaq müddəti olmaqla 7 il müddətinə şərti cəza verilib. Əfsun Rəcəbov məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Əfsun Rəcəbov şəhər sakinlərinə torpaq alacağı adı ilə 16 min manat pul alıb. O, verdiyi sözə əməl etməyib. Əfsun Rəcəbov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ittiham edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər