10 Fevral 2016 15:13
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balakən rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Meşəşabul kəndində qeydə alınıb.

Kənd sakini Elşən Taşrayev idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı daş hasara vurub və hadisə yerində ölüb.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: