Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə fevralın 10-da, saat 20 radələrində qeydə alınıb.
Rayonunun Azadlıq prospektində naməlum markalı taksi avtomobili ilə digər naməlum markalı avtomobilin toqquşub.
Nəticədə taksidə olan sərnişin, Bakı şəhər sakini Sayad Salmanova xəsarət alıb və o, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Hacı Zeynalov