Gəncə şəhərində qadın sirkə turşusundan zəhərlənib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, şəhər sakini Fəxriyyə İsgəndərova sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilib.
Fəxriyyə İsgəndərovaya tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada vəfat edib.
Hacı Zeynalov