11 Fevral 2016 16:59
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlaxda bıçaqlanma hadisəsi törədən daha bir nəfər həbs edilib.

Teleqraf.com xəbər verir ki, Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azər Əhmədova bıçaqla xəsarət yetirmiş qrupun digər üzvü - rayon sakini, əvvəllər məhkum olunmuş İsmayıl Ramazanov tutulub.

Qeyd edək ki, yanvarın 29-da Yevlax şəhərində yaşayan Azər Əhmədov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilib. Yevlax Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aparılmış araşdırmalarla A.Əhmədovla həmyerlisi Lyudmila Novruzlu arasında münaqişə baş verməsi və sonuncunun ona bıçaqla xəsarət yetirməsi müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Lyudmila Novruzlu tutulub.
İstintaq müəyyən edib ki, Lyudmila Novruzlu cinayət tək törətməyib. O, tanışı İsmayıl Ramazanov ilə cinayət əlaqəsinə gprərək, Azər Əhmədovu bıçaqlayıb.

Lyudmila Novruzlunun İsmayıl Ramazanovla sevgili olduğu bildirilir.

Hadisənin səbəbinə gəlincə, qeyd olunur ki, Azər Əhmədov Lyudmila Novruzluya söz atıb. Cinayət də elə bu səbəbdən baş verib.

İsmayıl Ramazanov əvvəllər də məhkum olunub.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər