Ötən il ictimai mənəviyyat əleyhinə (92,5%), şəxsiyyət əleyhinə (74,8%), mülkiyyət əleyhinə olan cinayətlərə (76,1%) görə axtarılanların tutulması işində müsbət nəticələr əldə edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən məlumat verilib.
Məlumata görə, təqsirləndirilən şəxslərin axtarışının nəticələri 1,4% yaxşılaşaraq istintaqdan və məhkəmədən yayınan 2534 nəfər tutulub.
İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışda olan 74 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 31 şəxsin yeri müəyyən olunmuşdur.
Axtarış işinin göstəricisi bütövlükdə 69,1% , itkin düşənlərin tapılması isə 73,5% ( 887 şəxsdən 652) təşkil edib.
Hüquqa zidd əməl törətmiş 16322 şəxsdən 13392 nəfər məsuliyyətə cəlb edilib, onlardan 10320 (77,1%) işləməyən və oxumayan, 2432 (18,2%) əvvəllər məhkum edilmiş, 858 (6,4%) qadın, 416 (3,1%) yetkinlik yaşına çatmayanlar olub.
Hacı Zeynalov