13 Fevral 2016 23:19
519
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuzda satmağa heyvan aparan avtomobil qəzaya uğrayıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Ağstafa rayon sakini, 1960-cı il təvəllüdlü Asif Əhmədov idarə etdiyi “VAZ2106” markalı avtomobillə magistral yoldan mal bazarına dönmək istəyərkən “QAZ 3110” markalı avtomobillə toqquşub. Qəza zamanı “VAZ”ın sürücüsü ağır bədən xəsarəti alaraq əvvəlcə Tovuz Mərkəzi rayon xəstəxanasına, daha sonra isə Qazax Diaqnostika Mərkəzinə aparılıb. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, A. Əhmədov avtomobili ilə mal bazarına satmağa heyvan aparırmış.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.


Müəllif: