İnsan alverində ittiham olunan Gəncə şəhər sakini Minayə İbrahimova həbs edilib.
Teleqraf.com xəbər verir ki, 1990-cı il təvəllüdlü Minayə İbrahimovanın tutulması üçün əməliyyatı Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşları keçirib.
Müəyyən olunub ki, Minayə İbrahimova əvvəllərdə Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə məhkum olunub. O, azadlığa çıxandan sonra yenidən eyni əməlləri törətməyə başlayıb.
Minayə İbrahimova insan alveri cinayəti törətdiyi üçün 2015-ci ildən axtarışa verilib. Onun azərbaycanlı qadınları Türkiyə və Dubayda cinsi istismara məruz qoyması üzə çıxıb.
Minayə İbrahimova bu günlərdə həbs olunaraq istintaq orqanına təqdim edilib.
Fakt üzrə istintaq hərəkətləri aparılır.
Hacı Zeynalov