Bakının Nizami rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun C.Naxçıvanski küçəsi, ev 80, mənzil 87 ünvanında qeydə alınıb.
1969-cu il təvəllüdlü İlhamə İsmayıl qızı Nizami evinə daxil olan zaman naməlum şəxs bıçaqla onu hədələyib. Onlar birgə evə daxil olublar.
Naməlum şəxs qadının əl-qolunu yapışqan lentlə bağlayıb və 18 min manatını və qızıllarını götürərək hadisə yerindən qaçıb.
İlhamə Nazim hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinə ərizə ilə müraciət edib. Hazırda cinayəti törədən şəxsin tutulması üçün tədbirlər görülür.
Hacı Zeynalov