23 Fevral 2016 22:15
460
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Bərdə rayon sakini Fəqan Nəcəfov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən həmyerlisi Asif Hüseynovu vurub.

Asif Hüseynov xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: