Bakının Xətai rayonunda ötən ilin son günü baş verən insidentlə bağlı cinayət işi başlanıb.
Teleqraf.com xəbər verir ki, hadisə ötən ilin dekabrın 31-də baş verib.
Həmin gün saat 20 radələrində N.Rəfibəyli küçəsi, ev 28 A ünvanının qarşısında Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Anar Səmədov 1985-ci il təvəllüdlü Elçin Məmmədovu döyüb. Həmin vaxt Elçin Məmmədov xəsarət alıb. Hadisə zamanı hər iki gəncin sərxoş olduğu bildirilir.
Hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci polis bölməsində araşdırma aparılıb. Araşdırmaların sonunda cinayət işinin başlanması üçün əsaslı faktlar ortaya çıxıb.
Buna görə də Anar Səmədovun barəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov