5 Mart 2016 20:35
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı rayon sakini Ağayev Elnur Azər oğlu dələduzluğa məruz qaldığını deyir.

O, Teleqraf.com saytına müraciətində bildirir ki, Moskva Univermağında satıcı işləyərkən Masallı rayon sakini Məmmədov Zaur Qalabəy oğlu ondan 3700 dollar məbləğində qızıl-zinət əşyalarımı alıb və geri qaytarmayıb.

"Məcbur olub Masallı rayon Məhkəməsinə müraciət etdim. Məhkəmə Zaur Məmmədovun mənə 3700 dollar ödəməsi ilə bağlı qərar qəbul etdi".

Lakin Elnur Ağayev indiyədək pulunu ala bilməyib. Ötən ilin 3 avqustunda Masallı rayon Məhkəmə Qərarları İcrası şöbəsindən bildirilib ki, cavabdehin yerini hələ də müəyyənləşdirə bilməyiblər.

Zərərçəkən icraçıdan bu cavabı aldıqdan sonra Masallı Rayon Polis Şöbəsinə müraciət edib. Polisdən də ona eyni cavab verilib.

Elnur Ağayev məsələ ilə bağlı dəələrlə Daxili İşlər Nazirliyinin rəhbərliyinə müraciət edib.


Müəllif:

Oxşar xəbərlər