Kürdəmir rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun Topalhəsənli kəndində baş verib.
Nəzarətsiz qalan 2011-ci il təvəllüdlü Həzrət Rahim oğlu Abdullayev həyətdəki su quyusuna düşərək ölüb.
Rayon prokurorluğu hadisə ilə bağlı araşdırma aparır.