11 Mart 2016 13:08
489
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində polis əməkdaşlarına atəş açmaqda təqsirləndirilən 1989-cu il təvəllüdlü Elvin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Eldar Ismayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Elvin Məmmədov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Elvin Məmmədov əvvəllər oğurluq hadisəsi törədiyi üçün Səbail Rayon Məhkəməsinin qərarı ilə 3 il 11 ay 28 gün müddətinə şərti cəza alıb. Hökmlə razılaşmayan prokurorluq protest verib. Bakı Apelyasiya Məhkəməsinin qərarına əsasən onun barəsində seçilmiş şərti cəza həbs qətimkan tədbiri ilə dəyişdirilib. Onun barəsində daha bir cinayət əməli aşkarlanıb.


Belə ki, Elvin Məmmədov yeni bir cinayət törətmək istərkən Bakı şəhər Baş Polis idarəsinin əməkdaşları əməliyyat keçirib. Bu zaman odlu silahla polislərə müqavimət göstərərək atəş açıb. O hadisə yerindən qaçıb. Elvin Məmmədov Cinayət Məcəlləsinin 228-ci (soyuq silah daşıma), 29.120-ci (adam öldürməyə cəhd) maddələri ittiham olunub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər