17 Mart 2016 17:13
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən Famil Hüseynovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, 2015-ci ildə Pentensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Famil Hüseynovla digər məhkum Həsən Əliyev arasında mübahisə baş verib.
Nəticədə Famil Hüseynov yeməkxanadan götürdüyü bıçaqla Həsən Əliyevi vurub. Həsən Əliyev aldığı bıçaq xəsarətindən hadisə yerində ölüb.

Famil Hüseynov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

Hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Famil Hüseynov 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər