21 Aprel 2014 14:25
1 235
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən şənbə-bazar günləri ölkə ərazisində baş verən yol qəzalarında 7 nəfər ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, aprelin 19-20-də 8 yol qəzası baş verib. Nəticədə 7 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Belə ki, aprelin 19-da respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 12 nəfər yaralanıb. Aprelin 20-də isə 3 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 6 nəfər ölüb, 1 nəfər yaralanıb.


Müəllif: