Bakının Binəqədi rayonunda 20 yaşlı qız itkin düşüb.
Teleqraf.com xəbər verir ki, Sulutəpə qəsəbəsində yaşayan 1996-cı il təvəllüdlü Günay Əliyeva yoxa çıxıb.
Günay Əliyeva martın 17-də, səhər saat 09.00-da evdən çıxıb və bir daha geri qayıtmayıb. Günay Əliyevada xəbər ala bilməyən valideyinləri Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinə müraciət ediblər.
Hazırda yoxa çıxan 20 yaşlı qızın axtarışları davam edir.
Hacı Zeynalov