30 Mart 2016 14:01
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Sabunçu rayon Məhkəməsində Nardaran hadisələri zamanı həbs olunan Nuhbala Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Nuhbala Rəhimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Hakim cinayət işinin yenidən ibtidai istintaqa qaytarılması barədə qərar qəbul edilib.

Qeyd edək ki, Nuhbala Rəhimov ötən il dekabrın 7-də Nardaran qəsəbəsində Hüseyniyyə Məscidində saxlanılıb. Onun Nardarandakı Rəhimə Xanım Ziyarətgahının Hüseyniyyə Məscidinin axundu kimi təqdim edilir.

Xatırladaq ki, 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində “Müsəlman Birliyi” adlanan təşkilatın rəhbəri Taleh Bağırov və təşkilatın 13 üzvü saxlanılıb. Əməliyyat zamanı polislə təşkilat tərəfdarları arasında baş verən qarşıdurma zamanı iki polis əməkdaşı həlak olub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər