Bakının Yasamal rayonunda cinayət hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun A.Şərifzadə küçəsi, 124 saylı binanın qarşısında baş verib.
Həmin ünvanda Bakı şəhər sakinləri – 1980-ci il təvəllüdlü Züleyxa Kazımova və qızı, 1998-ci il təvəllüdlü Aygün döyülüb. Züleyxa Kazımova qızı ilə birlikdə döyülməsi ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinə məlumat verib.
Məlum olub ki, hadisəni Züleyxa Kazımovanın qızı Aygünün nişanlısı Vüqar adlı şəxs törədib. Vüqar dostu Lütfü ilə birlikdə nişanlısının yaşadığı ünvana gəlib. Orada tərəflər arasında mübahisə yaranıb. Bu zaman Vüqar dostu ilə birlikdə nişanlısını və onun anasını vəhşicəsinə döyüblər. Ana və qızı hadisə zamanı xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov