Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Ramin Cəfərov naməlum şəxs tərəfindən bıçaqlanıb.
Ramin Cəfərov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Vaxtında tibbi yardım göstərilməsi nəticəsində onun həyatını xilas etmək mümkün olub.
Xətai Rayon Polis İdarəsi əməkdaşları tərəfindən aparılan araşdırma zamanı hadisənin Əhməd Əhmədov tərəfindən törədilməsi müəyyən edilib. O, həbs edilib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov