Bakının Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan birmərtəbəli iki otaqlı evin mətbəxinin yanar konstruksiyaları 15 kv.m sahədə yanıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.
Yanğın saat 06:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.