Bakının Sabunçu rayonunda dəhşətli intihar hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Sabunçu qəsəbəsində qeydə alınıb.
Sabunçu qəsəbəsinin E.Mehdiyev küçəsi, ev 312 ünvanında yaşayan 1975-ci il təvəllüdlü Hamelt Abışov ülgüclə boğazını kəsərək ölüb. 41 yaşlı kişinin hansı səbəbdən özünə qəsd etdiyi məlum deyil.
Hadisə yerinə Sabunçu Rayon Prokurorluğunun və Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinin əməkdaşları gəlib. Hadisə ilə bağlı araşdırma aparılır.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov