Bakının Səbail rayonunda intihar hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə Badamdar qəsəbəsində qeydə alınıb.
Kirayədə yaşayan, Cənubi Afrika Respublikası vətəndaşı, 1978-ci il təvəllüdlü Remadje Moarom Nikole evində özünü asaraq öldürüb. Özünə qəsd edən qadının iki uşaq anası olduğu bildirilir. Qadının hansı səbəbdən intihar etdiyi məlum deyil.
İntihar edən qadının əri Bakıda şirkətlərdən birində mühəndis işləyir.
Faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb.
Hacı Zeynalov