13 Aprel 2016 11:01
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda silahlı cinayət törədən şəxslər həbs edilib.

Teleqraf.com xəbər verir ki, silahlı insident rayonun Cavadxan küçəsində qeydə alınıb.

Həmin ərazidə kirayədə yaşayan Bərdə rayon sakini Hüseyn Qasımov istiqamətində avtomat silahdan bir neçə dəfə atəş açılıb. Nəticədə daban nahiyəsindən güllə yarası almış Hüseyn Qasımova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis bölməsi əməkdaşları tərəfindən hadisə yerindən 10 ədəd 7,62 çaplı giliz götürülüb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ramil Hüseynli və Günel Süleymanova saxlanılıblar. Ramil Hüseynli əvvəllər adam oğurluğu maddəsi ilə 12 il həbsxanada olub.

Güllə yarası alan Hüseyn Qasımov əvvəllər Bərdə Rayon İcra Hakimiyyətində işləyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər