14 Aprel 2016 21:10
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə Bakı şəhər sakini güllələnib.

Teleqraf.com Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Gəncə şəhər Nizami rayon ərazisində qeydə alınıb.

Bakı şəhər sakini 20 yaşlı Mətləb Həsənzadə sağ ayaqdan yaralanma diaqnozu ilə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra həyatı təhlükəsi aradan qalxıb.

Zərərçəkmişin bildirdiyinə görə, ona tanımadığı şəxslər odlu silahdan atəş açıblar.

Fakt araşdırılır.


Müəllif: